- Berdiməhəmmədov: Seçkilərdə qələbə Azərbaycan xalqının Prezident İlham Əliyevin siyasi kursunu yüksək səviyyədə dəstəklədiyini göstərir
- Tatarıstan Prezidenti: Azərbaycan xalqı Prezident İlham Əliyevin Azərbaycan dövlətinin inkişafına yönəlmiş kursunu dəstəklədi
- Azərbaycanda keçirilən prezident seçkiləri Qazaxıstan mediasının diqqətində - FOTO
- Fransız jurnalist: Prezident seçkiləri ölkənin sabitliyini təsdiqləyir
- “Əl-Fəcr”: Azərbaycan 11 aprel tarixində həqiqi bir demokratiya bayramı yaşayıb
- Prezident seçkiləri İordaniya KİV-ləri tərəfindən işıqlandırılıb - FOTO
- Prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə Bakıda konsert proqramı təşkil olunub
- Xaltmaaqiyn Battulqa İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib
- Nursultan Nazarbayev: Prezident seçkilərindəki qələbə sübut edir ki, Azərbaycan xalqı İlham Əliyevin siyasətinə yüksək dəstək verir
- Bakıda seçki günü təcili yardıma 7 seçki dairəsindən müraciət daxil olub
- Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti: Seçkilər yaxşı təşkil olunub - YENİLƏNİB
- Azərbaycan mediası səsvermə prosesini əvvəlki seçkilərdən daha peşəkar işıqlandırıb
- Milli QHT Forumu: Prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir
- Rusiya mediası İlham Əliyevin prezident seçkilərində qələbəsini geniş işıqlandırıb
- Viktor Orban İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib
- RSMK sədri seçkilərlə əlaqədar Azərbaycanın Bişkekdəki səfirliyində olub
- Seçki prosesində ciddi qüsurlar, qeyri-qanuni hallar müşahidə edilməyib - BƏYANAT
- Estoniyalı müşahidəçilər: Seçki prosesində heç bir qanun pozuntusu qeydə almadıq
- Seçicilərin sərbəst və gizli səsvermə hüquqları təmin edilib – BƏYANAT
- İtaliya müşahidə missiyasının rəhbəri: Seçki günü yüksək seçici fəallığı müşahidə olunub
- Prezident seçkiləri Yaponiya mətbuatının diqqət mərkəzində - FOTO
- Seçki günü dairə və məntəqələr qüsursuz şəkildə elektrik enerjisi ilə təchiz olunub
- Prezident seçkilərində seçici fəallığı 74,30 faiz olub
- Vokşi Albana: Seçkilər beynəlxalq standartlara uyğun keçirildi
- Finlandiyalı müşahidəçilər qrupu: Prezident seçkiləri şəffaf və ədalətli şəkildə keçib
- Türk Şurasının müşahidə missiyası: Seçkilər azad və ədalətli keçirilib
- Moldova parlament sədrinin müavini: Prezident seçkiləri ən yüksək səviyyədə keçdi
- Necdet Ünüvar: Seçki son dərəcədə demokratik və obyektiv oldu
- Fransalı müşahidəçilər: Seçkilər Qərb demokratiyasında mövcud olan standartlara cavab verir
- Azərbaycan prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
- Azadlıq və Demokratiya Fondunun Müşahidə Missiyası: Seçkiləri beynəlxalq standartlara uyğun keçirilib
- Sergey Lebedev: Səsvermə açıq və şəffaf keçirildi
- ECR missiyası: Səslərin sayılması düzgün və şəffaf şəkildə aparılıb
- Litva nümayəndə heyətinin rəhbəri: Avropada seçici fəallığı Azərbaycandakından az olur
- Britaniyalı müşahidəçi: Azərbaycanda açıq və şəffaf seçkilər keçirildi
- Şanxay Əməkdaşlıq Təşkilatının müşahidə missiyası: Seçkilərdə heç bir qanun pozuntusu olmayıb
- Talaybek Masabirov: Xalqın yüksək seçki əhval-ruhiyyəsi müşahidə olunurdu
- Rumıniya Parlamentinin müşahidə missiyasının rəhbəri: Seçki Avropa standartlarına uyğun təşkil olunmuşdu
- Çexiyalı deputat: Azərbaycanda seçkilər demokratik və qanunauyğun şəkildə keçirildi
- Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidentini təbrik edib
- Çin KİV-ləri Azərbaycanda keçirilmiş prezident seçkilərini geniş işıqlandırıb - FOTO
- Məzahir Pənahov: KİV nümayəndələri etimadı doğrultdu
- MSK sədri: İlham Əliyev seçicilərin 86 faizinin səsini qazanıb
- Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib
- BAMF Prezident seçkiləri ilə bağlı bəyanatı yayıb -FOTO
- İsveçrədə Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vurulub
- Azərbaycanın İsveçdəki səfirliyində yaradılan məntəqədə prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb
- Slovakiyalı deputat: Seçicilər sərbəst şəkildə dəstəklədikləri namizədə səs verdilər
- GUAM PA: Azərbaycanda seçki sağlam rəqabət şəraitində, demokratik keçib
- Yunanıstan parlamentinin deputatı: Seçkilər beynəlxalq standartlara uyğun keçirildi
- Brüsseldə Azərbaycan prezidenti seçkilərində səsvermə başa çatıb
- Azərbaycanın Parisdəki Mədəniyyət Mərkəzində prezident seçkiləri ilə bağlı səsvermə başa çatib
- Prezident seçkiləri ilə bağlı məhkəmələrə müraciət olmayıb
- Prezident seçkiləri ilə bağlı MSK-a daxil olan müraciətlərin sayı açıqlanıb
- Asiya PA: Azərbaycan xalqı öz iradəsi əsasında dəstəklədiyi namizədə səs verdi
- Moldovada səsvermə başa çatıb
- Gürcü deputat: Seçkilər Avropa standartlarına uyğun keçirilib
- Ankarada səsvermə başa çatıb
- AVCİYA: Seçkilər demokratik, şəffaf və ədalətli keçib
- İƏT PA: Seçkilər nizam-intizamlı şəkildə keçirildi
- Azərbaycanın İrandakı səfirliyində səsvermə başa çatıb
- Mətbuat Şurası: Seçkilərdə jurnalistlərlə bağlı hər hansı insident qeydə alınmayıb
- Britaniyalı müşahidəçilər: Səsvermə prosesi mükəmməl təşkil edilib
- Fransalı deputat: Azərbaycanda prezident seçkiləri beynəlxalq normalara uyğun təşkil edilib
- Qazaxda 100 yaşlı seçici səs verib
- 108 yaşlı Məstan nənə seçki məntəqəsinə gələrək səs verib
- Səs verənlərin sayı sürətlə artır
- Fransada yaşayan soydaşlarımız səsvermə prosesində fəallıq göstərirlər
- Prezident seçkiləri Türkiyə KİV-lərində - FOTO
- PA rəhbəri: Seçkilər yüksək səviyyədə keçir
- 17 saylı Yasamal üçüncü seçki dairəsində seçicilərin yarıdan çoxu öz seçimlərini ediblər
- İspaniyada yaşayan ən yaşlı Azərbaycan vətəndaşı ilk səs verənlər sırasında olub
- Əli Əsgər Məhəmmədi: Seçki məntəqələrində səsvermə üçün çox yaxşı şərait yaradılıb
- İrlandiyalı müşahidəçi: Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilir
- Azərbaycanın İtaliyadakı səfirliyində səsvermədə seçici fəallığı müşahidə edilir
- Özbək deputat: Azərbaycanda seçkilər açıq və demokratik keçir
- Belçikalı müşahidəçi: Seçki məntəqələrində uzun növbələr müşahidə olunur
- İnanıram ki, Azərbaycan xalqı ən yaxşı seçimini edəcək
- Azərbaycanın Londondakı səfirliyində səsvermə davam edir
- Saat 15:00-də ən yüksək seçici fəallığı 14 saylı Xəzər seçki dairəsində olub
- Kəlbəcərli seçicilər respublika üzrə 34 rayonda səs verirlər
- Simulik Valerijus: Seçki prosesi qanunvericiliyə uyğun həyata keçirilir
- Məntəqə sədri: Heç bir qayda pozuntusu qeydə alınmayıb
- 18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə seçicilərin artıq 78 faizi səs verib
- MSK-nın “Qaynar xətt”inə şikayət xarakterli müraciət daxil olmayıb
- Beynəlxalq müşahidəçi: Seçicilər səsvermədə yüksək əhval-ruhiyyə ilə iştirak edirlər
- Qaradağ rayonunda seçicilərin yarıdan çoxu səs verib
- Xocalılı seçicilər respublika üzrə 7 rayonda səs verirlər
- MSK-da Avstraliya parlamentinin deputatları ilə görüş keçirilib
- Yelena Strokova: Seçkilər yüksək səviyyədə təşkil olunub
- Estoniya parlamentinin deputatı: Azərbaycan seçkilərə çox yaxşı hazırlaşıb
- İvanovkada prezident seçkiləri yüksək səviyyədə təşkil olunub
- Azərbaycanda keçirilən prezident seçkiləri İran mediasının diqqət mərkəzində
- MSK sədri: İndiyədək heç bir şikayət daxil olmayıb
- Eli Naxt: Səsvermə prosesi qaydalar çərçivəsində gedirdi
- Maksim Kuryaçi: Seçkilərə hazırlıq yüksək səviyyədə həyata keçirilib
- Avropalı müşahidəçi: Səsvermə ədalətli və səmərəli keçir
- İosif Şaqal: Seçki məntəqələrində heç bir pozuntuya rast gəlməmişik
- 15 saylı Yasamal I seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində səsvermə mütəşəkkil qaydada keçirilir
- Azərbaycanın Təbrizdəki baş konsulluğunda seçicilərin 30 faizi səs verib
Dmitri Savelyev: İlham Əliyevin qələbəsi Xəzər regionunda rifahın təminatıdır - MÜSAHİBƏ

Aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirildi. Onun nəticələrinə görə, hazırkı Prezident İlham Əliyev böyük üstünlüklə qalib gəldi. Seçicilərin 86 faizindən çoxu ölkənin taleyini yenidən ona etibar etdi. Eyni zamanda, səsverməyə gələnlərin sayı Azərbaycan üçün ənənəvi olaraq çox yüksək oldu: məntəqələrə seçicilərin 75 faizi gəldi.
Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev müşahidəçi qismində Bakıda olub. Sechki-2018.az saytının xəbərinə görə, o müsahibəsində ölkəmiz üçün tarixi hadisədən, İlham Əliyevin inamlı qələbəsinin səbəblərindən və Azərbaycan xalqının bu seçiminin Xəzər regionunun gələcəyi üçün əhəmiyyətindən söz açıb.
-Dmitri İvanoviç, keçirilmiş seçkilərin prosedurunun özünü necə qiymətləndirirsiniz?
- Azərbaycanın təşkil etdiyi hər bir tədbir yüksək səviyyədə olur və hər dəfə nə iləsə təəccübləndirir. Seçkilər də istisna deyil. Hətta Avropadan, İsraildən gəlmiş müşahidəçilər seçkilərdə tam şəffaflığın təmin edilməsi, sui-istifadə hallarının qarşısının alınması üçün görülmüş tədbirlərdən müsbət mənada heyrətləniblər. Heç yerdə görmədiyimiz tədbirlərin şahidi olduq: məsələn, seçicilərin barmağına dəridə piqment buraxan maye vurulur. Bu, təkrar səsvermənin qarşısını alır. Ünsiyyətdə olduğum bütün müşahidəçilər qeyd edirdilər ki, proses tamamilə legitim və qanunidir və burada öyrənməli çox şey var.
- Qərb KİV-lərinin aprelin 11-nə iki-üç ay qalmış Azərbaycana göstərməyə başladığı təzyiqlər barədə nə deyə bilərsiniz? Onların bədbin proqnozları özünü nə iləsə doğrultdumu?
- Bu, adətən, ölkədəki mühüm siyasi hadisələrdən əvvəl geosiyasi landşaftın xoş olmayan, lakin ənənəvi ünsürü kimi baş verir. Metodlar təxminən mart ayında Rusiyadakı prezident seçkilərində müşahidə etdiklərimizlə təxminən eynidir. Bunlar, guya qeyri-legitim seçkilərin boykot edilməsi çağırışları, müxalifətə özünüifadə imkanı verilməməsi haqqında hay-küydən ibarətdir. Görünür, Qərbdə Azərbaycan və Rusiya əhalisinin əksəriyyətinin doğrudan da öz liderlərinə etimad göstərə biləcəyi barədə adi həqiqəti heç cür anlaya bilmirlər.
- Sizin fikrinizcə, bu yüksək etimadın səbəbləri nədir?
- Gəlin, İlham Əliyevin öz xalqı üçün gördüyü işlərə diqqətlə nəzər yetirək. Azərbaycanda təbii sərvətlərdən düşünülmüş istifadə olunması siyasəti və iqtisadiyyatın diversifikasiyası kursu mövcuddur. Bu siyasət neftin qiymətinin kəskin düşdüyü zaman özünü yaxşı doğrultdu. İqtisadiyyatın qeyri-neft sektoru – ağır sənaye, kənd təsərrüfatı, turizm sahələri böhran vəziyyətində istehsalın artmasına və durğunluğun qarşısını almağa imkan verdi. Bunun sayəsində Azərbaycan sosial proqramların həyata keçirilməsi tempini azaltmamaq, əhalinin həyat səviyyəsini aşağı salmadan inkişafı davam etdirmək imkanı qazandı.
İkincisi, düşünülmüş milli siyasət: Azərbaycan cəmiyyətində hər kəs öz milli ənənələrini və dinini qoruyub saxlamaqla yanaşı, özünü ölkənin vətəndaşı və patriotu kimi hiss edir. Bu cür yanaşma etnik və konfessional zəmində münaqişələrin qarşısını alır və sabit vətəndaş sülhünü təmin edir. Yeri gəlmişkən, seçki məntəqələrinə səs verməyə gələnlərin çox olması kiminsə məcburi gətirilməsi barədə müxalif fantaziyalarla deyil, məhz bu amillə izah oluna bilər. Məntəqələrdə seçicilərdən tez-tez eşitmək olardı ki, bu ölkə onlarındır və ölkənin gələcəyini müəyyən etmək üçün səs verməyə borcludurlar.
Üçüncüsü, mükəmməl diplomat və strateq İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya arenasında ciddi oyunçuya çevrilib. İnsanlar görürlər ki, onların vətəni ilə hesablaşır, ona hörmət edirlər. Bu da çox əhəmiyyətlidir. Bütün bu amillər seçkilərdə İlham Əliyevə verilmiş təxminən 90 faiz səslərin məcmusudur. İnsanlar məhz ona görə öz liderinə etimad göstərdilər ki, prezident ölkəni bu istiqamətdə aparmağa davam etsin və qalan problemləri həll etsin. Müxalifətə gəldikdə isə, nə deyəsən? Əgər müstəqil və güclü ölkədə real müxalifət yoxdursa, onu kənardan süni şəkildə yaratmaq üçün şirnikdirici hallar həmişə olacaq.
- Necə güman edirsiniz, müşahidəçilərin seçkilərin legitimliyinə dair rəyləri Qərbin bəyanatlarında hesaba alınacaq, yaxud onlar seçkilərə qədər götürdükləri strategiyanı davam etdirəcəklər?
- Bu gün dünyada diplomatiyanın səviyyəsi elədir ki, məsuliyyətsiz çıxışlar, təhdid və sairə üçün imkan yaranıb. İlham Əliyev mürəkkəb geosiyasi və iqtisadi şəraitdə Azərbaycanın sərbəstliyini çox yüksək səviyyəyə qaldırdı. Ölkə dünyanın siyasi arenasında mühüm oyunçuya çevrildi. Bununla belə, Azərbaycan Rusiyanı fəal dəstəkləyir, çünki bizim geosiyasi rəqiblərimiz eynidir və onlar ölkələrimizə qarşı bənzər təzyiq üsullarına əl atırlar. Rusiya Azərbaycana öz maraqları olan güclü tərəfdaş kimi hörmətlə yanaşır. Lakin ABŞ üçün beynəlxalq münasibətlərin bu cür anlayışı ümumiyyətlə mümkünsüzdür.
- İlham Əliyevin qələbəsi Xəzər regionu üçün nə deməkdir?
- Hər şeydən əvvəl, bu ərazidə əsas güclərdən biri olan Azərbaycan yüksək siyasi sabitlik sayəsində iqtisadi qüdrətini qoruyub saxlayacaq. Bu, Xəzərin ehtiyatlarından istifadə olunması istiqamətində bütün layihə və proqramların reallaşması, bunun nəticəsi olaraq iş yerləri, regionun bütün ölkələrində rifahın yüksəlməsi, qayda-qanun və layiqli həyat deməkdir. Xəzər regionunda sabitliyin və rifahın təmin edilməsi Rusiya və Azərbaycanın ümumi hədəflərindən biridir. Rusiya-Azərbaycan əlaqələri sənayenin inkişafına, milli təhlükəsizliyin möhkəmləndirilməsinə, “insan kapitalının” inkişafına güclü təkan verir. Sözsüz ki, əlaqələrimizin formatı, ölkələrimiz arasında etimad və dostluğun yüksək səviyyəsi prezidentlər Vladimir Vladimiroviç Putinin və İlham Heydər oğlu Əliyevin xidmətləridir. Onlar ölkələrimiz üçün ən vacib tarixi anlarda bir-birinə dəstək nümayiş etdirirlər. Bunun nəticəsi kimi, biz intensiv siyası yaxınlaşmanın şahidi oluruq, parlamentlərarası əməkdaşlıq fəal surətdə inkişaf edir, çox güclü iqtisadi əlaqələrimiz var. Rusiya kimi, Azərbaycan da regionun iqtisadiyyatına sərmayələr qoyur və cəlb edir, o, Xəzərin təbii sərvətlərinin öyrənilməsi və istifadəsi üzrə bütün iri layihələrə, “Şimal-Cənub” nəqliyyat dəhlizinin və “Şərq-Qərb” qaz kəmərinin tikintisinə qoşulub. Ona görə də, şübhəsiz ki, İlham Əliyevin qələbəsi sabitliyin və rifahın, gələcəyin zəfəridir.